Rusiya prezidenti Vladimir Putin ölkəsinin diplomatik təmsilçiliklərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilməsi cəhdini istisna etməyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, Moskvada Amerikanın xüsusi qurumları ilə avropalılar arasında gizli dinləmələrlə bağlı yaranmış qalmaqla münasibət bildirərkən deyib: «müttəfiqlərin biri-birini gizli dinləməsinin bizə aidiyyəti yoxdur. Qoy, onlar necə istəyirlər bununla məşğul olsunlar. Mənim bildiyim qədər bu informasiya cənab Snoudenə məxsusdur.
Rusiya rəsmilərinin dinlənilməsinə cəhd haqda həmin xəbər heç nə bildirilməyib. Ancaq bunun baş verməsinin mümkünlüyü barədə həm bizdə,həm də özlərində dəlillərin olduğunu istisna etmirəm. Mən bu məsələni indi dərinləşdirmək istəmirəm. Bu peşəkarlar tərəfindən dəyərləndirilməlidir».