Rusiya prezidenti Vladimir Putin ağır çəkidə WBA, WBO, IBF, IBO versiyaları üzrə dünya çempionu ukraynalı Vladimir Kliçko və WBA versiyası üzrə müvəqqəti çempion rusiyalı Aleksandr Povetkin arasında keçiriləcək döyüşə baxacaq.
Lent.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, fəxri qonağa ilk sırada yer ayrılacaq.
Təşkilatçılar da döyüşün oktyabrın 5-də deyil, oktyabrın 7-də, Vladimir Putinin ad günündə keçirməyə qərar veriblər. Rusiya həm də bununla Soçi Olimpiya Oyunları ərəfəsində Rusiyanın istənilən beynəlxalq idman yarışını ən yüksək səviyyədə təşkil etməyə hazır olduğunu nümayiş etdirəcək.