Rusiya prezidenti: «Snouden ABŞ-a ziyan vurmağı dayandırmalıdır…»
01 iyul 2013 21:06 (UTC +04:00)

Rusiya prezidenti: «Snouden ABŞ-a ziyan vurmağı dayandırmalıdır…»

«Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden ABŞ-ın maraqlarına zərbə vurmaqdan çəkindiyi halda  Rusiyada qala bilər».

Lent.az-ın Rusiya informasiya vasitələrinə istinadən məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

«Əgər o, burada qalmaq istəyirsə, bir şərtlə əməl etməlidir: o, amerikalı tərəfdarlarımıza ziyan vurmağı dayandırmalıdır. Nə qədər qəribə görünsə də bunu mənim dilimdən səslənir.O, özünü insan haqlarının müdafiəçisi kimi təqdim edir. O, bu fəaliyyətini dayandırmaq niyyətində deyil.Ona görə də o, bu işləri görmək üçün ölkə seçməlidir. Bun ə vaxt olacaq, təəssüf ki mən də bilmirəm» -deyə, Putin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Snouden özünü «Andery Saxaorov səviyyəsində dissident sayır».

«Ölkəmizdəki hüquq müdafiəçiləri onun edam hökmü qüvvədə olan dövlətə təhvil verilməsinə qarşıdır. Bu da ayrı bir mövzudur»- deyə, Rusiyanın  dövlət başçısı vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar