Putin: “Kerri bilə-bilə yenə də yalan danışır”
04 sentyabr 2013 20:17 (UTC +04:00)

Putin: “Kerri bilə-bilə yenə də yalan danışır”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerrinin Suriyaya mümkün hərbi müdaxilə ilə bağlı Senatda keçirilən debatlarda verdiyi bəyanatları yalan adlandırıb. APA-nın məlumatına görə, Vladimir Putin bildirib ki, Con Kerri konqresmenin “münaqişə zonasında “Əl-Qaida” terrorçuları varmı” sualına cavab olaraq deyib ki, Suriyada bu təşkilatın nümayəndələri yoxdur.

 

“Yalan deyir və yalan-danışdığını bilə-bilə bunu edir. Suriyada Əl-Nüsra Cəbhəsi adlı qruplaşma fəaliyyət göstərir, bu, “Əl-Qaida”nın birləşməsidir və ABŞ hakimiyyəti bunu yaxşı bilir”.

 

“The Washington Post”da Senatdakı debatların stenoqramı dərc olunub və oradan məlum olur ki, ABŞ-ın dövlət katibi Əl-Nüsra Cəbhəsinin Suriyada mövcudluğunu inkar etməyib. Bundan başqa diskussiyalarda əsas müzakirələr hərbi əməliyyatların Suriyada “Əl-Qaida”ya bağlı qruplaşmaların mövqeyinin güclənməsinə səbəb olub-olmayacağı, kimyəvi silahların terrorçu qruplaşmaların əlinə keçmə ehtimalı ətrafında aparılıb.

 

Vladimir Putin hesab edir ki, Konqres istənilən halda Suriyaya qarşı güc tətbiqini sanksiyalaşdırmaq hüququna malik deyil. Rusiya prezidentinin fikrincə, bu addımı yalnız BMT Təhlükəsizlik Şurası ata bilər. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iradəsindən kənar hər hansı bir qərar təcavüz aktı kimi dəyərləndiriləcək.

 

 

“Suriya hökumətinin kimyəvi silah tətbiq etməsinə dair bəyanatları əsassız hesab edirəm. Bu kimi addımlar vəziyyətdən çıxış yolu olmayanda atılır. Suriyada isə hakimiyyət vəziyyətə nəzarət edir, sağ qalan üsyançı birləşmələri məhv etmək üzrədir. Bu səbəbdən kimyəvi silah tətbiqi məntiqsiz addım olardı”.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar