Putin: “Əl-Qaidə”nı ABŞ yetişdirib”
13 iyun 2017 05:40 (UTC +04:00)

Putin: “Əl-Qaidə”nı ABŞ yetişdirib”

“Əl-Qaidə” terror qruplaşmasını ABŞ yetişdirib, boya-başa çatdırıb və buna görə məsuliyyətini dərk etməlidir”.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

“Əl-Qaidə” bizim yox, ABŞ-ın fəaliyyətinin nəticəsidir. Bu, Sovet  ordusunun Əfqanıstan ərazisində olduğu zaman başlayıb. O zaman ABŞ xüsusi xidmət orqanları Sovet ordusu ilə mübarizədə müxtəlif radikal dini cərəyanlara dəstək verirdilər. “Əl-Qaidə” və Ben Ladeni məhz ABŞ yetişdirib. Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”, deyə V.Putin bildirib. Putin həmçinin ABŞ-ı vaxtilə Çeçenistanda terrorçulara siyasi və maliyyə dəstəyi verməkdə günahlandırıb.

 

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bu günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245

Oxşar yazılar