Ekvatorial Qvineya prezidentinin müşaviri Benint Koovi öz qızının adını Yekaterinburq qoyub. Lent.az-ın məlumatına görə, ata qızına bu adı eyniadlı Rusiya şəhərini ürəkdən sevdiyi üçün verdiyini açıqlayıb.
Yekaterinburqda keçirilən beynəlxalq sərgidə jurnalistlərin suallarını cavablandıran müşavir deyib: “Həyat yoldaşım noyabrın 17-də qız dünyaya gətirib. Ona Yekaterinburqu sevdiyim üçün Yekaterinburq Yenukinmi adını vermişəm”.