Prezidentdən Berluskoninin bağışlanması istəniləcək
03 avqust 2013 07:31 (UTC +04:00)

Prezidentdən Berluskoninin bağışlanması istəniləcək

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni barəsində çıxarılmış hökmü ölkənin Kassasiya Məhəkəməsi qüvvədə saxlayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, partiyası İtaliya prezidentinə onun bağışlanması ilə bağlı müraciət etmək niyyətindədir. Bu məqsədlə onlar prezident Corc Napolitano ilə görüşməyi planlaşdırır.

 

Keçmiş hökumət başçısının tərəfdarları bildirib ki, Berluskoni barəsində çıxarılan hökm nqüvvədə qalsa təmsil olunduqları koalision hökumətdən istefa verəcək, deputat mandatlarından imtina edəcəklər. Bu isə İtaliyada hökumət böhranın yaranmasına səbəb ola bilər.

 

«Əgər idellarımız və liderimizlə bağlı tarixi müdafiə etmək lazım gələrsə, biz istefa verməyə hazırıq»-deyə, partiya liderlərindən biri söyləyib.

 

Xatırladaq ki, məhkəmənin qərarına əsasən, Berluskoni vergidən yayınmağa görə, 4 il azadlıqdan məhrum edilib. Ancaq amnistiya haqqında qanuna əsasən, bu müddət 12 aya endirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar