Çexiyanın paytaxtı Praqada zibil çənində 15 insan kəllə qutusu aşkarlanıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, taxta yeşik zibil qutularına qoyulmuş kəllələr ibtidai məktəbin yanından tapılıb.
Polis bildirib ki, qalıqların yaşını və mənsubiyyətini müəyyənləşdirmək üçün arxeoloqlar çağırılıb.
Kəllə qutularının hamısı nömrələnib. Nömrələnmiş oxşar kəllə qutusu bu yaxınlarda Praqanın mərkəzində yiyəsiz binalardan birində tapılıb.
Polis ehtimal edib ki, aşkarlanmış kəllə qutuları bir nəfəri şəxsi kolleksiyası da ola bilər, bununla belə onların atılması səbəb hələ bilinmir.