Polşanın Gürcüstandakı diplomatı Borçalıya gedib
08 noyabr 2013 01:37 (UTC +04:00)

Polşanın Gürcüstandakı diplomatı Borçalıya gedib

Polşanın Gürcüstandakı səfirliyinin katibi azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd Polşa səfirliyinin məktəbəqədər uşaq müəssisələrinin vəziyyəti ilə tanışlıq olub. Məlumata görə, səfirliyin katibi Erdci Roxosinski Marneuli şəhərindəki uşaq bağçalarına baxış keçirib, uşaqların məktəbəqədər təhsili, ingilis dili təhsilinin icrası ilə bağlı problemləri valideynlər və uşaqların iştirakı ilə müzakirə edib. 

Sonra Marneuli Demokratik Qadınlar Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə tədbir Marneuli icra hakimiyyətinin binasında davam edib. Tədbirdə Polşa səfirliyinin katibi Erdji Roxosinski, Marneuli  rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov, məktəbəqədər təhsil müəssisələrinin direktoru Tofiq Hacıyev və başqaları məktəbəqədər uşaq müəssisələrinin vəziyyətini və bu sahədə olan problemləri müzakirə ediblər. Tədbir iştirakçıları qeyd ediblər ki, azərbaycanlıların kompakt yaşadığı kəndlərdə uşaq bağçaları çatışmır və rayonda müasir standartlara cavab verən uşaq bağçalarının tikilməyi vacibdir. 


“Məktəbəqədər təhsil bizim haqqımzdır” layihəsinin direktoru Olqa Endeladze APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı kəndlərin birində Polşa səfirliyinin maliyyə  dəstəyi ilə uşaq bağçası tikiləcəyini bildirib: “Məndə olan məlumata görə, yeni uşaq bağçası ya Sadaxlı, ya da Alget kəndlərindən birində tikiləcək. Yeni tikilinin hansı kənddə tikiləcəyini icra hakimiyyəti müəyyənləşdirəcək”.


O. Endeladze bildirib ki, tikili üçün əsas donor təşkilatı Polşa səfirliyi olacaq və səfirlik yeni tikinti üçün 40 min avro maliyyə dəstəyi ayıracaq. “Lakin layihələrimiz bununla bitməyəcək. Polşa səfirliyi məsləhətləşmələrdən sonra bir neçə əlavə layihə də həyata keçirməyi planlaşdıracaq”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Oxşar yazılar