Polşada Smolensk qəzası yenidən gündəlikdə
11 aprel 2013 03:17 (UTC +04:00)

Polşada Smolensk qəzası yenidən gündəlikdə

Polşanın əsas müxalifət partiyası «Haqq və ədalət» Rusiyanın Smolensk şəhəri ətrafında baş vermiş aviaqəzanın üçüecü ildönümü ilə bağlı yürüş keçirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin aksiyada bir neçə min nəfər iştirak edib.

 

Qəzada həlak olmuş prezident Lex Kaçinskinin qardaşı partiyanın lideri Yaroslav Kaçinski 2010-cu il aprelin 10-da baş vermiş faciəli olayla bağlı bütün həqiqətlərin açılmasını tələb edib.

 

Rusiya və Polşa mütəxəssislərinin birgə araşdırması nəticəsində qəzanın pilotların və aviadispetrçerlərin  səhvindən baş verdiyini bildiriblər. Ancaq Yaroslav Kaçinski təyyarənin qəzaya uğramasının «qurma iş» olduğunu iddia etməkdədir.

 

Qeyd edək ki, təyyarədə prezidentlə yanaşı həyat yoldaşı, dövlət və  ictimai xadimlər də qəza uğrayıblar. Təyyarədə olan 96 sərnişin hamısı onda həlak olub. 

# 536
avatar

Oxşar yazılar