Misirin paytaxtı Qahirədə «Ramses» meydanında devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının etiraz aksiyasına polis müdaxilə edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, polis aksiyanı meydandan gözyaşardıcı qazlar və su şırnaqları ilə dağıdıb.
Məlumatlara əsasən, «Müsəlman qardaşları» tərəfdarları ilə Mursi əleyhdarları arasında da toqquşma olub.