Livan polisi Türkiyə Hava Şirkətinin,«Turkish Airlines»-ın iki pilotunun oğurlanmasında iştirakından şübhələnilən livanlını tutub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, üç gün öncə naməlum şəxslər Türkiyə hava şirkətinin ekipajını aparan avtobusa basqın edərək, iki pilotu özləri ilə bilinməyən istiqamətə aparıblar.
Türkiyə hakimiyyəti Livanın hüquq-mühafizə orqanları ilə vətəndaşları ilə bağlı davamlı təmas saxlayır.
Türkiyənin Livandakı səfiri pilotların sağlıq durumunun yaxşı olduğunu söyləyib.
Məlumata görə, pilotları qaçıranlar Suriyadakı «İmam Rzanın ziyarətçiləri» adlı qrupdur. Onlar Suriyada tutulan 9 livanlı terrorçunun sərbəst buraxılması qarşılığında pilotları azad edəcəklərini bildirib.