Pərviz Müşərrəfin Pakistanı tərk etməsinə qadağa qoyulub
30 mart 2013 10:44 (UTC +04:00)

Pərviz Müşərrəfin Pakistanı tərk etməsinə qadağa qoyulub

 

Məhkəmə London və Dubayda sürgün həyatını başa vurub ölkəsinə qayıdan Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin ölkəni tərk etməsinə qadağa qoyub. APA-nın məlumatına görə, irəli sürülən ittihamları cavablandırmaq üçün Karaçi Sindh Ali Məhkəməsində müddət istəyən eks-prezidentə iki həftə vaxt verilib. Məhkəməyə gələn Müşərrəf əleyhdarı olan 20-dək vəkil “Diktator asılsın!” şüarları qışqıraraq aksiya keçiriblər. Vəkillərdən biri Pərviz Müşərrəfə ayaqqabı atdıqdan sonra eks-prezident məhkəmə salonundan çıxarılıb.

 

Pakistan Özəl Qüvvələr Dairəsi isə sabiq prezidentə qarşı terror hazırlandığını bəyan edib. Kəşfiyyat məlumatlarına əsasən, Müşərrəfi qətlə yetirmək üçün xüsusi təlim kamikadzelər təlimatlandırılıb. Bu səbəbdən Pakistan Özəl Qüvvələr Dairəsi Müşərrəfin həyatını qorumaq üçün təhlükəsizlik tədbirlərinin artırılmasını istəyib.

 

Qeyd edək ki, Pərviz Müşərrəf sabiq baş nazir Bənazir Bhuttonun qətlini sifariş etməkdə və fövqəladə vəziyyət dövründə səlahiyyətlərini aşmaqda ittiham olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar