Pərviz Müşərrəf məhkəmə zalından qaçdı...
18 aprel 2013 11:46 (UTC +04:00)

Pərviz Müşərrəf məhkəmə zalından qaçdı...

Bu gün Pakistan Ali Məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsi barədə qərar verib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Pərviz Müşərrəf 1999-cu ildə hakimiyyəti ələ keçirməkdə, dövlət başçısı olarkən Pakistan Ali Məhkəməsini qanunsuz buraxmaqda ittiham edilir.

 

Məhkəmə Pərviz Müşərrəfin girov müqabilində azadlığa buraxmaqdan imtina edib. Ancaq məhkəmənin qərarı açıqlanan an Pərviz Müşərrəf mühafizəçiləri ilə birlikdə məhkəmə zalını tərk edə və həbsdən qurtula bilib.

# 1559
avatar

Oxşar yazılar