Pentaqon Rusiya vertolyotlarından imtina etmir
18 iyul 2013 22:37 (UTC +04:00)

Pentaqon Rusiya vertolyotlarından imtina etmir

ABŞ-ın bir sıra qanunverici orqanlarının üzvləri Suriyadakı rejimə silah verdiyi üzündən Əfqanıstan üçün Rusiyadan hərbi vertolyotların almaqdan imtina etməyi təklif edir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ABŞ Silahlı Qüvvələri birləşmiş qərargah rəisləri komitəsinin sədri Martin Dempsi  bildirib ki, Pentaqon Əfqanıstan üçün Rusiyanın «Mi-17» vertolyotlarından imtina etməyi planlaşdırmır.

 

«Mən bu proqrammı dəstəkləyirəm. Əfqanıstanın təhlükəsizliyinin tezliklə bu ölkənin silahlı qüvvələrinin nəzarətinə veriləcəyini nəzərə alsaq, biz bu plandan imtina edə bilmərik» -deyə, senatda çıxışı zamanı M,Dempsi söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar