Pekin 20 uyğuru «terrorçuluqda» ittiham edib
28 mart 2013 01:25 (UTC +04:00)

Pekin 20 uyğuru «terrorçuluqda» ittiham edib

Çin hakimiyyəti illər uzunudur uyğur türklərinin milli haqlarının təmin olunması istiqamətində tələblərini güc tətbiqi ilə qarşılamaqdadır.

 

Rəsmi Pekin onların mücadiləsinə çeşidli ləkələr vuraraq, bu mübarizəni beynəlxalq ictimaiyyətə «islamçı», «terrorçu» hərəkat kimi təqdim etməyə çalışır.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Uyğur muxtar rayonunun 20 sakini barəsində yerli məhkəmə 5 ildən başlayaraq, ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.

 

Çinin dövlət informasiya agentliyi, «Sinxua» bildirib ki, həmin uyğur türkləri «terrorçuluq və separatçılıq fəaliyyətinə» görə ittiham olunub.

 

Martın 26-da Kaşqar dairəsində 19 nəfər «cib telefonları və elektron informasiya vasitələrindən terrorçuluq fəaliyyəti üçün istifadə etməkdə» və «dövlət sərhədini qanunsuz keçməkdə» mühakimə edilib.

 

Bayanqol – Monqol muxtar rayonundan olan daha bir «separatçı» isə 10 il müddətinə azadlıqdan məhrum olunub O, da oxşar ittihamla mühakimə edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35