Parisin 50 kilometrliyində qatar qəzaya uğrayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən
məlumatına görə, azı 7 nəfər həlak olub, onlarla insan yaralanıb.
Paris-Limoj marşrutu ilə hərəkət edən bu qatarda 370 sərnişin olub.
Fransa dəmiryol Milli şirkətinin prezidenti Giyom Pepi jurnalistlərə açıqlamasında deyib: «İndiki vəziyyətə əsasən deyə bilərəm ki, hadisə qatarın resldən çıxması üzündən baş verib. Hələlik onun baş vermə səbəbi haqda başqa bir məlumatımız yoxdur. Araşdırma aparılır. Olay yerində mütəxəssislər çalışır».