Parisdə irqçiliyə qarşı yürüş
01 dekabr 2013 07:27 (UTC +04:00)

Parisdə irqçiliyə qarşı yürüş

Parisdə 25 min nəfərin iştirakı ilə irqçiliyə qarşı etiraz aksiyası keçirilib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yürüşün təşkilatçısı insan haqları liqasının prezidenti Pyer Tartakovskidir.

 

«İrqçilyə qarşı mitinqdə 25 minə yaxın insan iştirak edib. «Birlikdə irqçiliyə qarşı!» şüarı ilə keçirilən yürüş Respublika meydanından başlayıb Bastiliya meydanında başa çatıb»-deyə, o, bildirib.

 

Yürüşün keçirilməsinə səbəb irqçi təşkilatların qara dərili ədliyyə naziri Kristian Tobiruya qarşı kütləvi hücumudur.

 

Xatırladaq ki, «Minüt» həftəliyi naziri təhqir edərək, onu meymunla müqayisə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar