Roma papası Francisl «İnancın işığı» adlı yerli keşişlərə göndərdiyi ilk risaləsində nikaha ifadəsinə aydınlıq gətirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qadın və kişi arasındakı ittifaqı nikah adlandırıb. Bir müddət öncə Papa Vatikanda «cinsi azlıqların lobbisinin olduğunu» söyləmişdi.
XVI Benedikt katolik kilsəsinin bu ənənəvi risalənin həmmüəllifidir.
Risalə teoloqları Papanın fikirləri ilə tanış edir, eləcə də katolik kilsəsiin inkişafına yardım göstərir.
Fransisk bildirib ki, ailə kişi və qadın arasında könüllü şəkildə qurulmuş ittifaqdır və burada məqsəd uşaqların doğulmasıdır.
82 səhifəlik risalədə müasir dünyanın kütləvi unutqanlıqdan qorunmasında xristian dininin rolu vurğulanıb.