Roma Papası Frensis Sankt-Peterburqda başlayan “G-20” sammiti ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Roma Papası məktubunda Suriya böhranının hərbi yolla çözümünün düzgün saymayıb və bu barədə xəbərdarlıq edib. Papa Vladimir Putindən böhranın sülh yolu ilə həllini aramasına istəyib.
Məktubunda dünya liderlərinə səslənən Papa Frensis onları Suriyaya hərbi müdaxilədən çəkinməyə çatdırıb.