BMT-nin baş katibi Pan Ge Mun bildirib ki, Suriyada kimyəvi silah tətbiqi sübuta yetirilərsə, o zaman Təhlükəsizlik Şurasının birləşib, fəaliyyət göstərməsi vacib olacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib: «Kimyəvi silahı istənilən tərəfdən, istənilən şəraitdə istifadəsi beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması və görünməyən hərbi cinayətdir. İstənilən cinayətkar qanun qarşısında cavab verməlidir. Suçlu cəzasız qalmamalıdır».
Baş katib qeyd edib ki, istənilən şəkildə hərbi müdaxilə orada şəraiti daha gərginləşdirər: «Güc tətbiqindən özünümüdafiə məqsədi və ya Təhlükəsizlik Şurasının icazəsindən sonra istifadə etmək olar».