Pakistanın Karaçi şəhərində baş vermiş partlayış nəticəsində ölkə prezidenti Bilal Şahın mühafizə dəstəsinin başçısı həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partlayış nəticəsində azı 10 nəfər yaralanıb. Olay intiharçı-terorrçu törədib.
Polis təmsilçisi bildirib ki, partlayış elə güclü olub, hətta zirehli təbəqəsi olan prezidentin avtomobili də əzilib.
Xatırladaq ki, bir il öncə yaşadığı evin yaxınlığında Şaha qarşı sui-qəsd edilmişdi.