Pakistanın cənubunda hökumət binasına basqın nəticəsində azı 4 nəfər həlak olub, 30-dan çox sakin yaralanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli polis bildirib ki, Sind əyalətinin Sukkur şəhərində 7 yaraqlı güclü şəkildə qorunan dövlət binasına hücum edib. Şəhərdə bir neçə partlayış baş verib.
Hədəf təhlükəsizlik əməkdaşlarının olduğu ehtimal edilir. Hələlik bu basqının məsuliyyətini Paksitanda heç bir qruplaşma üzərinə götürməyib.