Pakistanda avtobus partladılıb: azı 9 nəfər ölüb
13 aprel 2013 20:55 (UTC +04:00)

Pakistanda avtobus partladılıb: azı 9 nəfər ölüb

Pakistanda avtobus partladılıb. Faciəli olay avtobus insanların çox olduğu bazar meydanına yaxınlaşanda baş verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  bu barədə xarici KİV-lərə müsahibəsində yerli polisin rəsmi nümayəndəsi Fəzal Vahid bildirib.   

 

“Ən azı doqquz nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Ekspertlərin rəyinə əsasən, avtobusda saatlı mexanizmlə təchiz olunmuş partlayıcı qurğu işə salınıb” - deyə, o, qeyd edib.

 

Sağ qalmış sürücünün ehtimalına əsasən, partlayıcı qurğu avtobus oturacaqlarından birini altına qoyulubmuş.

 

Pakistanı ordusu bir həftədən artıqdır ki, taliblərin nəzarəti altında olan Heybər vadisini ələ keçirə bilmir.

 

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib

# 483
avatar

Oxşar yazılar