Pakistan seçkiyə terror və qətllərlə gedir - EKSKLÜZİV
30 aprel 2013 16:04 (UTC +04:00)

Pakistan seçkiyə terror və qətllərlə gedir - EKSKLÜZİV

Pakistandakı seçki öncəsi durum gərgin olaraq qalır. Lent.az-ın məlumatına görə, son həftədə vəziyyət daha da daha da gərginləşib. Belə ki, Taliban "Avami-Milli Partiyası" (ANP), "Pakistan Xalq Partiyası"(PXP) və "Müttəhidə Qaumi Hərəkatı"nm (MQH) ofıs və təbliğat məntəqələrində terror aktları həyata keçirib, namizədlərə və partiya fəallarına sui-qəsdlər edib.

 


Aprelin 23-də Bəlucistan əyalətinin Piştin şəhərində ANP namizədi Abdul Malikə qarşı sui-qəsd edilib. Əl qumbarasının partlaması nəticəsində A.Malikə zərər dəyməsə də, partiyanın iki fəalı həlak olub.
İki gün sonra Kəraçi şəhərində MQH-nin ofısinin qarşısında terror aktı törədilib. Ofısin qarşısında avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.
 

Aprelin 26-da yenidən Kəraçi şəhərində seçki məntəqəsində terror aktı törədilib. Talibanın hədəfi bu dəfə ANP-nin namizədləri və partiya üzvləri olub. Təbliğat məqsədi ilə toplaşan partiya üzvlərindən 15-i həlak olub, 40-dan artıq şəxs yaralanıb.
Eyni zamanda Peşəvər, Sibi və Miranşahda seçki məntəqələrinə hücumlar təşkil edilib, "PakistanTehrik-e-İnsaf' partiyasının namizədi qətlə yetirilib.
 

Aprelin 28-də yenə Peşəvər, Kohat, Svabi və Kvetta şəhərlərində ANP-nin seçki məntəqələrində terror aktları törədilib. Nəticədə 15 nəfər həlak olub, 65-ə yaxın şəxs yaralanıb.

Mərdan şəhərində terrorçu qruplaşmalar seçkilərdə iştirak edən dini partiyaların üzvlərinə təbliğat zamanı öz şüalarında islam dininin adından istifadə olunmasını qadağan ediblər.

 

İctimai-siyasi gərginliyi artıran digər amil sabiq ölkə başçısı Pərviz Müşərrəfın həbs olunması və hazırda onun ətrafında cərəyan edən proseslərdir. Müşərrəf 3 maddə: sabiq baş nazir B.Bhutto və Bəlucistanın lideri B.Buqtinin qətlə yetirilməsində və "Ləl məscid" əməliyyatı üzrə ittiham olunur. Hazırda sabiq ölkə başçısının evinin (öz xahişi ilə hazırda həbs müddətini evində keçirməkdədir) ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.

 

Bir neçə gün öncə onun evinin yaxınlığında partlayıcı ilə dolu avtomobil aşkar edilib. Pakistan xüsusi xidmət orqanlarının verdiyi açıqlamaya görə, bu günlərdə terrorçu qruplaşmalar tərəfindən onun oğurlanmasının qarşısının alınıb. Belə ki, terrorçu qruplaşmalar P.Müşərrəfin oğurlanması məhkəmə prosesi ilə əlaqədar Ravalpindi Yüksək Məhkəməsinə gedərkən həyata keçirilməyi planlaşdırıblarmış.
 

Hüquq-mühafızə orqanlarının verdiyi digər məlumata görə, terrorçular ölkə ərazisində fəaliyyət göstərən avropalı və çinlilərin də oğurlanmasını planlaşdırırlar.
Bu arada bir neçə gün bundan öncə ABŞ-a məxsus pilotsuz təyyarələrin endirdiyi raket zərbələri zamanı "Əl-Qayidə" terror təşkilatının kəşfiyyat və daxili təhlükəsizlik üzrə rəhbəri Əbu Übeydə Əl- Adəm öldürülüb. Onun ölümünü müavinləri Əl Vatiq Billah və Sənafi Əl-Nasr təsdiq ediblər.
Dünən “Avami Milli” Partiyasının Mərdan, Novşera, Çarsad və Karakdakı seçki məntəqələri hücuma məruz qalıb. 10 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb. Terror aktını “Tehrik-e-Taliban Pakistan” öz üzərinə götürüb.

# 449
avatar

Oxşar yazılar