Özbəyin haqqını tapdayan Rusiya 53 minlik cərimələnib
07 noyabr 2013 20:21 (UTC +04:00)

Özbəyin haqqını tapdayan Rusiya 53 minlik cərimələnib

Avropanın insan haqları üzrə məhkəməsi Rusiyanın ölkəsinə ekstradisiya etdiyi Özbəkistan vətəndaşı Əzəmətcan Yermakova 50 min dollardan artıq  ödəməsi haqda qərar qəbul edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 2009-cu ilin yazında Rusiyaya gedib, həmin lin noyabrında həbs edilərək, Özbəkistana təhvil verilib. Rəsm Daşkənd isə Əzəmətcan Yermakovu «ekstremist təşkilatlarda fəaliyyət göstərməkdə» ittiham edib.

 

Vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, bildiriblər ki, Özbəkistanda  o, işgəncəyə məruz qalıb.

 

Məhkəmənin qərarında qeyd olunub ki, Rusiya tərəfi öncə  Ə.Yermakovu ekstradisiya etmək istəməyi, ancaq 2012-ci ildə onu ölkəsinə təhvil verib. Ə.Yermakov isə Özbəkistana çatan kimi həbs edilib.

 

Məhkəmənin qərarına görə, Rusiyanı «işgəncəyə məruz qalmaqla bağlı fərdi şikayət haqqı» maddəsini pozmaqla yanaşı, Yermakovun azadlığı və şəxsi toxunulmazlıq haqqını qismən tapdayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar