Özbəkistan prezidentinin qızı BMT-dəki işindən oldu
25 aprel 2013 05:47 (UTC +04:00)

Özbəkistan prezidentinin qızı BMT-dəki işindən oldu

BMT-nin Cenevrədəki bölməsində Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ölkəsinin daimi nümayəndəsi kimi təmsil etməyəcək.

 

Lent.az-ın məlumatına görə, bu xəbər Özbəkistanın xarici İşlər Nazirliyinin saytında yerlşədirilib.

 

Bununla yanaşı həmin vəzifənin boş qaldığı müddət göstərilməyib.

Məlumata əsasən, bu ilin martınadək o, həmin qurumda təmsilçi vəzifəsini daşıyıb.

 

Aprelin 25-də Cenevrədə BMT-nin Şurasında işçi qrupp Özbəkistanda insan haqlarına dair məsələni müzakirə edəcək.

 

Xatırladaq ki, Gülnarə Kərimova BMT-də və Cenevrədəki  başqa beynəlxalq qurumlarda ölkəsini 2008-ci ilin sentyabrından təmsil edir. 2010-2012-ci illərdə isə o,Özbəkistanın İspaniyadakı  səfiri olub. 

# 1742
avatar

Oxşar yazılar