Özbəkistan MDB-nin azad ticarət zonasına daxil olur
15 aprel 2013 20:12 (UTC +04:00)

Özbəkistan MDB-nin azad ticarət zonasına daxil olur

 

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti İslam Kərimov arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə V.Putin iki ölkə arasında ticarət və iqtisadiyyat münasibətlərini müzakirə etdiklərini, Özbəkistanın MDB-nin azad ticarət zonasına daxil olması ilə bağlı razılıq əldə olunduğunu söyləyib.

 

Bununla bağlı razılıq əldə olunduğunu söyləyən V.Putin may ayının sonunda Minskdə keçiriləcək MDB ölkələri xarici işlər nazirlərinin toplantısında Özbəkistanın azad ticarət zonasına qoşulması ilə bağlı protokolun imzalanacağını bildirib.

 

Mərkəzi Asiyada sabitliyin pozulmasından narahat olduğunu söyləyən İslam Kərimov isə Rusiyanın regionda sülhün və sabitliyin qarantı olduğunu bildirib: “NATO qüvvələrinin Əfqanıstandan geri çəkilməsi bölgədə qarşısı alına bilinməyən bir vəziyyətin yaranmasına gətirib çıxaracaq. Regionda sabitliyin qorunması üçün qabaqlayıcı tədbirlər görmək məcburiyyətindəyik”.

 

Görüş zamanı Rusiya və Özbəkistan arasında əməkdaşlıq haqqında dörd sənəd imzalanıb.

# 446
avatar

Oxşar yazılar