Ovannisyanı Moskvaya çağırıblar
11 aprel 2013 22:01 (UTC +04:00)

Ovannisyanı Moskvaya çağırıblar

Ermənistanda prezidentliyə keçmiş namizəd, «İrs» Partiyasının lideri Raffi Ovannisyan Moskvaya işgüzar səfərə yollanıb.

 

Lent.az-ın «Novosti Armenii»-ya istinadən məlumatına görə, bu haqda partiya sədrinin müavini Armen Martirosyan bildirib.

 

Onun sözlərinə əsasən, bu səfər bir gün sürəcək : «Aprelin 12-də Raffi Ovannisyan İrəvana qayıdaraq, axşam tərəfdarları ilə birlikdə «Azadlıq» meydanında mitinqə başçılıq edəcək».

 

O, bu səfərin öncədə planlaşdırıldığını qeyd etsə də, onun məqsədini bildirməyib.

 

Səfərin məqsədini partiya təmsilçiləri açıqlamadığından bu ziyarətin daha çox çağırışa bənzədiyini də ehtimal etmək olar. 

# 811
avatar

Oxşar yazılar