Ordu Tunisin mərkəzini hərbi zona elan edib
30 iyul 2013 02:16 (UTC +04:00)

Ordu Tunisin mərkəzini hərbi zona elan edib

Tunis hərbi silahlı qüvvələri ölkənin paytaxtındakı mərkəzi meydanı tikanlı məftillərlə mühasirəyə alaraq, onu «qapalı hərbi zona» elan edib.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb müxalifətin ikinci lideri qətlə yetirildikdən sonra hökumət tərəfdarları ilə müxalifət arasında qarşıdurmadır.

 

Xatırladaq ki, ötən həftə müxalifət lideri Məhəmməd Brahimi qətlə yetirildikdən sonra ölkə etiraz aksiyaları başlayıb.

 

Məhrum hakimiyyəti tənqid etdiyi üçün tərəfdarları və qohumları islamyönlü sayılan hakim «ən-Nəhda» Partiyasını bu qətldə suçlu bilirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar