Misir hərbçiləri Məhəmməd Mursinin prezident olmadığını elan etdi.
Misirin ali baş komandanı Əbdül Fəttah Sisi televiziya müraciətində bildirib ki, ölkədə Ana Yasanın fəaliyyəti dayandırılıb, prezident Məhəmməd Mursi vəzifəsinin öhdəsindən gələ bilməyib. O, müvəqqəti hökumətin yarandığını və növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.
Onun sözlərinə görə, mövcud Ana Yasanın indiki mətninə özəl komitə yenidən baxacaq.
KİV-ə məhdud senzura tətbiq ediləcək. Ölkənin ali idarəetmə orqanı Ali Konstitusiya Məhkəməsidir.
Qahirənin küçələrində Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları mitinq keçirir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu bəyanatla ordu rəhbərliyi televiziya ilə müraciətində bildirib.
Mursiyə və onu dəstəkləyən «Müsəlman qardaşları» hərəkatının liderlərinə ölkədən çıxmaq qadağan edilib.
***
00.01
Misir ordusunu rəhbərliyi müsəlman və xristian koptların liderləri, eləcə də Məhəmməd əl-Baradeyin başçılıq etdiyi liberal müxalifətin təmsilçiləri ilə görüşdə ölkədə yaranmış siyasi böhrandan çıxış üçün «yol xəritəsini» qəbul edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu xəbəri dövlət televiziyası yayıb.
Əldə edilmiş razılığın detalları bir saat ərzində elan olunmalıdır.
Məlumata əsasən, razılıqda keçid dövrünün davamlı olmaması nəzərdə tutulub. Bu vəziyyətin ardınca ölkə parlament və prezident seçkiləri keçirilməlidir.
Razılaşmanın təfərrüatı hələlik məlum deyil.
***
23.00
Hərbçilərin 48 saatlıq möhləti başa çatıb. Misir ordusu hərbi texnikaları Qahirənin küçələrinə, prezident Məhəmməd Mursinin tərəfdarlarının toplandığı əraziyə çıxarıb.Onlar başda prezident sarayı olmaqla,dövlət televiziyasının binası, nümyaiş keçirilən Təhrir və Nahda meydanlarını mühasirəyə alıb.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, onlarla zirehli texnika və hərbi bölmələr Qahirə universiteti rayonuna doğur hərəkətə edib.
Bir müddət öncə, prezidentin köməkçiləri baş verənləri «hərbi çevriliş» adlandırmışdı.