OPEK İrana qarşı sanksiyanın götürüləcəyinə inanır
08 noyabr 2013 05:11 (UTC +04:00)

OPEK İrana qarşı sanksiyanın götürüləcəyinə inanır

Neft İxrac edən Ölkələr Təşkilatı (NİÖT - OPEK) hesab edir ki, qurumun üzvü olan İrana neft ixracı ilə bağlı tətbiq edilən sanksiya yaxın zamanda dəyişəcək.

 

Lent.az-ın «qazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda NİÖT-ün  baş katibi

Abdulla əl-Badi mətubat konfransında bildirib.

 

 İranın nüvə proqramı ilə bağlı noyabrın 7-də Cenevrədə keçirilən görüşlə bağlı sualı cavablandırarkən o, deyib: «Bu yöndə xoş xəbərlər eşitməyimə şadam. Ümid edirəm ki, yaxın zamanda bu problem həll ediləcək».

 

Xatırladaq ki, NİÖT-ə daxil olan 12 dövlət dünyada «qara qızıl»-ın 40 faizini hasil edir. Quruma daxil olan dvlətlər bunlardır:Əlcəzair,  Anqola, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Saudiyyə Ərəbistanı, Venesuеla, Ekvador və İran.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Oxşar yazılar