Rusiyanın Tver şəhərində OMON “Sportivni” topdan satış bazarında total yoxlamaya başlayıb. Bu barədə Lent.az-a bazarda çalışan soydaşlarımız məlumat verib. Məlumata görə, bu saatlarda OMON bazarı mühasirəyə alaraq bağlayıb, giriş-çıxışa qadağa qoyulub. Yoxlamalar zamanı bazarda çalışan 400-ə qədər azərbaycanlı və Orta Asiya mənşəli miqrant saxlanılıb. Onların deportasiya edilib-edilməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, son günlər Rusiya polisi azərbaycanlıların da çalışdığı bazarlarda “təmizləmə” əməliyyatı keçirir