Olland da konqresin qərarını gözləyir
04 sentyabr 2013 03:29 (UTC +04:00)

Olland da konqresin qərarını gözləyir

Fransa prezidenti Fransua Olland bildirib ki, Dəməşq ətrafında kimyəvi silah tətbiqinə qarşı ABŞ Konqresinin cavabını səbirsizliklə gözləyir.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, prezident Barak Obamanın Suriyaya zərb endirməsinin Konqresdə müzakirəsi istəyi «bizə lazım olan koalisiyanın yaranmasına səbəb olacaq».

«Kimyəvi hücum olduğu, bütün dünyanın bunu bildiyi, dəlil sübutların mövcudluğu, suçlunun kimliyi bəlli olduğun bir halda ona cavab verilməlidir. İnsanlar beynəlxalq ictimaiyyətdən cavab gözləyir»-deyə, Olland söyləyib.

O, Bəşar Əsəd rejiminə qarşı «təklikdə» hərbi əməliyyata başlamayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar