Öldürülən ermənilərin ailələrinə rus hərbçiləri yardım edəcək
11 aprel 2013 02:19 (UTC +04:00)

Öldürülən ermənilərin ailələrinə rus hərbçiləri yardım edəcək

Ermənistanın Müdafiə Nazirliyi və Rusiyanın 102-ci hərbi bazası Şirak əyalətində keçirilən Rusiya tanklarının təlimi zamanı həlak olmuş yeniyetmələrin ailə üzvlərinə yardım edə bilər.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Seyran Ohanyan bildirib.

 

Hadisə aprelin 7-də Şirak vilayətində Rusiya hərbi təlim-məşq kompleksində keçirilən manevr zamanı baş verib. 1997 və 2001-ci illərdə anadan olmuş Ermənistanın iki vətəndaşı qumbaranın partlaması nəticəsində yayılan mərmidən həlak olub.

 

«102-ci Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq, yer və tikililərdən istifadə edir. Biz bazanın rəhbərliyi görüşdük və qərara aldıq ki, ölənlərin ailələrinə yardım edək. Bundan başqa məni əmin etdilər ki, yerli əhalini təhlükə ilə bağlı məlumatlandıracaqlar» -deyə, S.Ohanyan bildirib.

 

Xatırladaq ki,  orada 4,5 min hərbçi xidmət edir.

 

 

# 964
avatar

Oxşar yazılar