PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan yenidən evlənəcək.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Abulla Öcalan 1978-ci il mayın 4-də Kesirk Öcalan ilə evlənib.
Kesirə Öcalan İsveçrədə yaşadığı üçün cütlüyün rəsmən boşanma proseduru uzun zaman alıb. İndi isə sön dönəmdə PKK terror təşkilatı və çözüm prosesi ilə bağlı təşəbbüslərlə çıxış edən, terror təşkilatını həbsdə də idarə etmək gücündə olduğunu təsdiqləyən Abdulla Öcalan özü ilə bağlı istəyinin yerinə yetirilməsini istəyir. “Hürriyet” qəzetinin Ankara təmsilçisi Metehan Demir də Adulla Öcalanın evlənəcəyini bildirib.
İndi Ankarada hər kəsi Abdulla Öcalanın nə zaman və kiminlə evlənəcəyi sualı düşündürür...