Zəhərli məktubun müəllifi tutulub - YENİLƏNİB
18 aprel 2013 06:17 (UTC +04:00)

Zəhərli məktubun müəllifi tutulub - YENİLƏNİB

Amerikanın xüsusi xidməti tərkibində təhlükəli ritsin zəhəri olan zərf göndərmək şübhəli bilinəni həbs edib.

 

Lent.az-ın «BBC-yə istinadən məlumatına görə, o, Missisipi ştatının sakinidir.

 

Federal Təhqiqat Bürosu zəhərli məktubla Bostondakı partlayışın əlaqəsini araşdırdığını da bildirib.  

 

Xatırladaq ki, aprelin 16-da Boston marafonunun finişində partlayış baş verib. Həmin terror aksiyasında 3 nəfər həlak olub,180 nəfər xəsarət alıb. 

***

22.17

ABŞ-da prezident Barak Obamaya ünvanlanmış «şübhəli məktub» ələ keçirilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təhlükəsizlik xidmətinin təmsilçiləri bildirib ki, zərf Ağ evdən kənarda xüsusi araşdırma mərkəzində aşkarlanıb. Qurum məktubda şübhəli maddə aşkar edib.
 

Aprelin 16-da  oxşar məktub Missisipidən olan senator Rocer Uikerə göndərilib.

 


Hakim dairələrin məlumatına görə, həmin  məktub Tennessi ştatının Memfis şəhərindən göndərilib.

 

Məktubun tərkibində ritsin adlı zəhərli maddə aşkar edilib. Mütəxəssislər bunun sianiddən min dəfə güclü zəhər olduğunu deyirlər.

 

Polis baş verən olayla bağlı araşdırma aparır.

# 1599
avatar

Oxşar yazılar