Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ səfiri Maykl Makfol iyulun 9-da Moskvada prezident Barak Obamanın Rusiyaya səfərini müzakirə edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müzakirə zamanı iki tərəfli əlaqələrin inkişafına dair aktual məsələləri də müzakirə edib.
Bir müddət öncə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Bernadett Mixan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı «Snoudeni işi» ilə bağlı Obamanın Rusiya səfərinin təxirə salınmasını təkzib etmişdi.
Ondan başqa həm Rusiya, həm də ABŞ-ın diplomatik qaynaqları Barak Obamanın sentyabrda Moskvaya səfərini təsdiqləyiblər.