Ağ ev də son günlər Misirdə baş verən qətliamlara münasibət bildirib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Amerika prezidenti Barak Obama qətliamı qınayıb. O, fövqəladə vəziyyətin aradan qaldırılmasını söyləyib.
«Mülkü insanlar öldürülərkən Misirlə əlaqələrimiz davam edə bilməz. İnsan haqlarına və dinc nümayişlərə hörmət edilməlidir. ABŞ Misirin gələcəyini müəyyən edə bilməz. Heç bir siyasi partiyanı dəstəkləmirik» -deyə, Obama bildirib.
Etiraz aksiyası iştirakçıları öldürüldüyündən Misirlə hər il Amerikanın birgə keçirdiyi hərbi təlimləri də prezident təxirə salıb.
O, Misir və xalqı ilə birlikdə çalışmağı arzuladığını vurğulayaraq, hakimiyyətin nümayişçilərə qarşı atdığı addımı sərt şəkildə qınayıb.
Obama fövqəladə vəziyyətin aradan qaldırılmasını istəməklə yanaşı, siyasi anlaşılmazlığın güc tətbiqi həll edilməyəcəyini də vurğulayıb.
O, ölkədə Milli uzlaşma prosesinin başlamasının vacibliyini bildirib. ABŞ prezidenti Misir məhkəmələrinin dinc nümayişçilərin haqqına hörmət edilməsini də vurğulayıb.