ABŞ prezidenti Barak Obama telefonla İsrailin baş naziri Binyamin Netaniyahu ilə İranın nüvə problemi ilə bağlı danışıqların nəticələrini müzakirə edib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ABŞ lideri İsrail tərəfi əmin edib ki, Tehranın atom silahı əldə etməsinə yol verməyəcək.
Bu haqda jurnalistlərə məlumat verən Ağ Evin təmsilçisi Coş Ernst deyib ki, Barak Obama İranla nüvə məsələsinə dair əldə edilən razılaşmanı Netaniyahu ilə müzakirəyə təcili başlamaq istəyini bildirib.