Sentyabrın 4 - 5-də ABŞ prezident Barak Obamanın İsveçə səfər edəcəyin Ağ ev təsdiqləyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni məsələ ilə bağlı deyib: «Rusiyaya səfərdən öncə prezident sentyabrın 4-5-də İsveçə səfər edəcək. İsveç ABŞ-ın ən yaxın dostu və tərəfkeşidir».
Onun sözlərinə əsasən, ABŞ-la Avropa Birliyi arasında yeni ticarət müqaviləsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni imkanlar açıb.
Xatırladaq ki, Obama sentyabrda «Böyük-20»-liyin («G-20») Sankt – Peterburqda keçiriləcək zirvə toplantısına qatılmaq üçün Rusiyaya səfər edəcək. Bu görüşdən öncə onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılmışdı. Ancaq Obama Rusiya prezidenti ilə bütün görüşləri təxirə salıb.