ABŞ prezidenti Barak Obamanın İrana səfər edəcəyi xəbərini Ağ ev təkzib edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bir sıra informasiya vasitələri 2014-cü ilin ortalarında bu səfərin gerçəkləşəcəyi barədə xəbər yaymışdı.
Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik şurasının təmsilçisi Keytlin Heyden məsələ ilə bağlı deyib: «Bu xəbər doru deyil».
Mənbə xatırladıb ki, Küveytdəki ərəb dilində yayılan sosial şəbəkələrdən biri Obama ilə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi arasında görüşün keçirilməsinə dair ABŞ –İran danışıqları aparıldığı haqda xəbər yayıb.