Obama ilə Putin bu il iki dəfə görüşəcək
15 aprel 2013 23:13 (UTC +04:00)

Obama ilə Putin bu il iki dəfə görüşəcək

ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimr Putinlə cari ilin sentyabrında görüşəcəyi planlaşdırılıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Ağ Evin indiki yiyəsi onda «Böyük -20»-lərin Rusiyada keçiriləcək sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

 

Prezidentin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilon məlumat verib. O, Moskva səfərindən yenicə dönüb. Səfər çərçivəsində o, V.Putin və başqa rəsmilərlə də görüşüb.

 

Həmin görüşlərdə prezident müşaviri ikitərəfli və qlobal problemlərə həsr edilmiş məsələləri müzakirə edib.

 

Ağ Evin açıqlamasına əsasən, bu ilin iyununda Şimali İrlandiyada keçiriləcək «Böyük-8»-lərin zirvə toplantısı çərçivəsində də Obama və Putinin «ayaqüstü» görüşəcəyi gözlənilir. 

# 410
avatar

Oxşar yazılar