Obama: «Boston sakinlərinin ruhunu sındıra bilmədilər» - YENİLƏNİB
18 aprel 2013 22:08 (UTC +04:00)

Obama: «Boston sakinlərinin ruhunu sındıra bilmədilər» - YENİLƏNİB

Prezident Barak Obama Bostonda baş vermiş partlayış qurbanlarının dəfn mərasimində çıxış edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ lideri bildirib ki, baş verən bu faciəli olay bostonluların ruhunu sındıra bilməyib .

 

«Bu hücum hər bir amerikalının hissiyyatına toxunub»-deyə, o, bəyan edib.

 

Dinlərarası xidmətin təmsilçilərini əmin edib ki, Bostondakı hücumun icraçıları məsuliyyətə cəlb ediləcək.

 

 

***

20.39

ABŞ prezidenti Barak Obama marafonda baş vermiş partlayışda həlak olanların dəfən mərasimində iştirak etmək üçün Bostona səfər edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə  istinadən məlumatına görə, mərasim şəhərin katolik kilsəsində başlayacaq.

 

Bostonlu müstəntiqlər bildirib ki, partlayışı təşkil edənin kadrlarını aşkarlayıblar.

 

Yerli hakimiyyət təmsilçiləri videoyazıda bir nəfərin partlayıcı olan çantanı hadisə yerinə qoyması aydın göründüyünü bildiriblər. 

# 385
avatar

Oxşar yazılar