Obama ailəsinin istirahətə xərclədiyi pul  - AÇIQLANDI
07 dekabr 2016 20:35 (UTC +04:00)

Obama ailəsinin istirahətə xərclədiyi pul - AÇIQLANDI

ABŞ-ın indiki prezidenti Barak Obamanın ailəsi 8 il ərzində məzuniyyət və istirahətə 85 milyon dollardan çox pul xərcləyib. 

 

Lent.az-ın “modern.az”-a istinadən xəbərinə görə, bu haqda “The Daily Mail” məlumat yayıb.

 

ABŞ-ın gizli sənədlərini əldə etmək imkanı olan Judicial Watch vasitəsilə qəzetə məlum olub ki, prezidentin ailəsinin xərcləri ildə orta hesabla təxminən 10 milyon dollar olub.

 

Bu məbləğlə ailənin təhlükəsizliyi təmin olunub, uçuşlar və digər nəqliyyatla gediş, eləcə də avtomobil icarəsinin və ABŞ gizli xidməti əməkdaşlarının və personalın otellərdəki xərcləri də ödənilib.

 

Qeyd edilir ki, bu məbləğ son hədd deyil. Prezidentin ailəsi hər il Yeni il bayramını Havay adalarında keçirib və bu il də istisna deyil.

 

Judicial Watchın məlumatına görə, 2015-ci ildə prezident ailəsinin Havaydakı istirahətinə 4,8 milyon dollar xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar