ABŞ prezidenti Barak Obama son günlər Misirdə baş verənləri dəyərləndirib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, Məhəmməd Mursi demokratik yolla seçilsə də misirlilərin fikrinə hörmət etməyib.
«Biz vəziyyətin mürəkkəb olduğun başa düşürük. Məhəmməd Mursi demokratik yolla seçilsə də, onun hakimiyyətində bütün qüvvələr təmsil olunmadı və misirlilərin hamısının fikrinə sayğı göstərilmədi»-deyə, Ağ Evin indiki yiyəsi bildirib.