Nyu-Yorkadakı partlayışın səbəbi müəyyənləşib - YENİLƏNİB
12 iyul 2013 01:25 (UTC +04:00)

Nyu-Yorkadakı partlayışın səbəbi müəyyənləşib - YENİLƏNİB

İyulun 11-də Nyu-Yorkda, Manhettenin rayonunda baş vermiş partlayış nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.

 

Lent.az-ın xarici «Nyu-York post»a istinadən məlumatına görə, ilkin araşdırmaya əsasən partlayışın baş verməsinə səbəb binanın zirzəmisindəki təbii qaz  sistemindəki nasazlıqdır.

 

Binada nəqliyyat şirkəti və santexnik işlərin təmiri üzrə firmanın ofisi də yerləşir.

 

 

***

00.13

İyulun 11-də Nyu-Yorkda, Manhettenin rayonunda baş vermiş partlayış nəticəsində ən azı 6 nəfər yaralanıb.

 

Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, yaralananlardan ikisinin vəziyyəti daha ağırdır. Partlayış nəticəsində çinlilərin sıx yaşadığı «Payk strit» küçəsində yerləşən 5 mərtəbəli binanın bir hissəsi uçub. Yaxınlıqdakı binalara qazın verilişi dayandırılıb

 

Partlayışın səbəbləri aydınlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Oxşar yazılar