Norveçdə tibbi yardım vertolyotu qəzaya uğrayıb. Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.
Yerli KİV bildirib ki, vertolyotdakı tibbi heyət yol-nəqliyyat qəzasının qurbanlarına yardım etməyə tələsirmiş.
Olay ölkə paytaxtı Oslodan 25 km aralı, vertolyot yol qəzasında çevrilmiş yük avtomobilində xəsarət alanlara yardım etmək üçün avtoyolun yaxınlığında baş verib.
Vertolyotun göyərtəsində 3 nəfər olub. Yaralanan üçünü nəfər Oslodakı xəstəxanaya yerləşdirilib.