Silahlılar Nigeriyanın şimal-şərqində Borno ştatının Konduqa şəhərindəki məsciddə azı 44 nəfəri qətlə yetirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, silahlılar ötən gün səhər tezdən məscidə gələnlərə atəş açıb.
Bu qətlin məsuliyyətini hələ ki üzərinə götürən yoxdur.
Yaraqlıların fəallaşması ilə əlaqədar cari ilin mayında Borno, Adamava və Yobe ştatlarında fövqəladə vəziyyət elan olunub.