Nəriman Nərimanovun qəbri “Qızıl Meydan”dan köçürüləcək
01 iyul 2013 17:41 (UTC +04:00)

Nəriman Nərimanovun qəbri “Qızıl Meydan”dan köçürüləcək

Moskvanın məşhur “Qızıl meydan”ında, Kremlin divarları yaxınlığındakı qəbirlər Mıtişi Federal Hərbi Memorial Qəbiristanlığına köçürüləcək.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kreml divarları yaxınlığında SSRİ və Rusiya qəhrəmanları, yüksək dövlət mükafatına layiq görülənlər, marşallar, ordu generalları, admirallar və prezidentin layiq saydığı şəxslər dəfn olunub.

 

Mərkəzində Lenin Mavzoleyinin olduğu nekropolda 116 nəfər dəfn edilib. Sonuncu dəfə burada 1984-cü ildə SSRİ müdafiə naziri marşal Dmitriy Ustinov dəfn edilib. Yaxın gələcəkdə Leninin mumiyası da daxil olmaqla, Stalin, Brejnev, Andropov, Çernenko və digər məşhurların qəbirlərinin köçürülməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, Nəriman Nərimanovun qəbri də burada yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2857
avatar

Oxşar yazılar